
Gürcüstanda yol tikintisi zamanı torpaq çökməsi hadisəsi baş verib.
Newscenter.az gürcü mediasına istinadən xəbər verir ki, baş verən torpaq sürüşməsi nəticəsində dörd yol təsərrüfatı işçisi vəfat edib. Bir nəfərin isə ağır yaralandığı bildirilir.
Gürcüstan Avtomobil Yolları İdarəsi yazılı açıqlama yayaraq, hadisənin Mtsxeta-Mtianeti bölgəsindəki Duşeti bələdiyyəsinin Tskere kəndi yaxınlığında baş verdiyini bildirib.
Məlumata görə, vəfat edən və yaralanan şçilər Türkmənistan və Çin vətəndaşları olub.
Cavid











































