Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ramiz Mehdiyevin aqibəti əslində bir çoxları üçün dərs olmalıdır

Ramiz Mehdiyevin aqibəti əslində bir çoxları üçün dərs olmalıdır


Uzun bir dövr ərzində istər ümumilli lider Heydər Əliyev, istərsə də cənab Prezident İlham Əliyev tərəfindən hər zaman etimad göstərilmiş bir şəxs olan Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhddə, vətənə xəyanətdə ittiham olunması təbii ki, rezonans doğuan bir hadisədir və bununla bağlı ictimai diqqət və müzakirələr də başa düşüləndir.
Təqaüdə hörmətlə yola salınmasına və Təhlükəsizlik Şurasının üzvü olaraq saxlanılmasına baxmayaraq sakit dayana bilməyən, keçmişdə olan təsir imkanlarından yararlanmağa cəhd edərək həm özünün, həm də kənar güclərin maraqlarının təmin olunması üçün bağışlanılmaz addımlar atan Ramiz Mehdiyevin aqibəti əslində bir çoxları üçün dərs olmalıdır.

Bəli, biz zaman-zaman hakimiyyətin yuxarı eşalonunda təmsil olunan ayrı-ayrı şəxslərin öz vəzifə səlahiyyətlərini aşan davranışlarına da, səhvlərinə də, öz mənafeyini dövlətin və millətin mənafeyindən üstün tutan fəaliyyətlərinə də şahidlik etmişik. Təbii ki, bu şəxslərin vəzifədən çıxarılaraq cəzalandırılmasını da, həbs olunmasını da görmüşük. Cənab Prezident bütün humanistliyinə rəğmən dövlətə, dövlətçiliyə sədaqətdən yayınan və tutduğu vəzifədən sui istifadə edən heç bir məmuru, naziri, icra başçısını bağışlamayıb.

Ramiz Mehdiyev ranqında olan və bütün siyasi taleyi üçün Ulu Öndərə və Prezident İlham Əliyevə minnətdar olmalı olan birinin bu şəkildə xəyanəti də şübhəsiz ki, heç bir halda bağışlanmayacaq. Çünki söhbət şəxsə olan xəyanətdən yox Dövlətə xəyanətdən gedir.

Ramiz Mehdiyevin vəzifədə olduğu dönəmdə də Rusiyaya bağlı olduğu dəfələrlə deyilib və yazılıb. O da məlumdur ki, öz vəzifəsindən istifadə edərək ətrafında özünə bağlı şəxslərdən ibarət geniş bir şəbəkə qurmuşdu. Bu şəbəkədə nazirlərdən, komitə sədrlərindən, icra başçılarından, deputatlardan tutmuş medai rəhbərlərinə, QHT təmsilçilərinə qədər kimlər desəz olub. Ayrı-ayrı şəxslərin hakimiyyətdə müxtəlif vəzifələrə çəkilməsi ilə yanaşı əlinə fürsət düşdükcə ona biət etməyənlərə qarşı da yüz oyunlar qurduğu bilinən həqiqətlərdəndir. O da məlumdur ki, özünün və şəbəkəsinin lazımlılığını göstərmək üçün daim radikal siyasi müxalifəti ayaqda saxlamağa çalışıb.

Düzdür Mehdiyev şəbəkəsində olan bir sıra şəxslər onun hələ vəzifədə olduğu vaxt cənab Prezident tərəfindən tutduqları vəzifələrdən uzaqlaşdırılıb. Eləcə də onun vəzifədən çıxmasından sonra təmişləmə işləri davam etdirilib. Amma bu günün özündə belə ayrı-ayrı vəzifələrdə təmsil olunan Mehdiyev şəbəkəsi üzvləri var. Rusiyaya bağlılığı ilə seçilən, uzun illər Rusiyada yaşayıb Azərbaycana gəldikdən sonra ayrı-ayrı vəzifələrdə Mehdiyevin dəstəyi ilə irəli çəkilən, şəxsən cənab İlham Əliyevə və dövlətə sadiqliyi ilə seçilən şəxslərin vəzifə tutmasında, seçkili qurumlarda təmsilçiliyinə sədd çəkənlər, min cür intriqalar yaradanlar hələ də var. Və şübhə yoxdur ki, aparılan araşdırmalarla bu şəbəkənin görünən və görünməyən üzvlərinin hamısı ifşa olunacaq.

Bu hadisə bir daha göstərir ki, dövlət və xalq qarşısında məsuliyyət hər bir vəzifəli şəxs üçün ən önəmli dəyərdir. Azərbaycan dövlətinin güclənməsi və ölkəmizin inkişafı üçün hər kəsin vətənpərvərlik və sadiqlik prinsiplərinə əməl etməsi vacibdir.

Newscenter.az
Xəbəri paylaş