Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Turist avtobusu yük maşını ilə toqquşub, çox sayda yaralı var

Turist avtobusu yük maşını ilə toqquşub, çox sayda yaralı var


Türkiyədə sərnişin avtobusunun iştirakı ilə yol qəza hadisəsi baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, turistləri daşıyan avtobus yük maşını ilə toqquşub.

Hdisə Adananın Ceyhan rayonunda baş verib. Yük maşını idarəetməni itirərək park edilmiş tur avtobusuna çırpılıb. Qəza nəticəsində on beş nəfər yaralanıb, onlardan biri ağır vəziyyətdədir.

Xəbər alındıqdan sonra hadisə yerinə polis, yanğınsöndürənlər və təcili yardım işçiləri göndərilib. Yanğınsöndürənlər sıxışmış yük maşını sürücüsünü nəqliyyat vasitəsindən çıxarıblar. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Yaralılar təcili yardım işçiləri tərəfindən şəhərdəki müxtəlif xəstəxanalara aparılıblar.

Fuad
Xəbəri paylaş