
Türkiyədə sərnişin avtobuslarının iştirakı ilə ağır yol qəza hadisəsi baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Dənizlidə qeydə alınıb.
Məlumata görə, Denizlidə sərnişin avtobusu və mikroavtobus toqquşub: Qəza nəticəsində hər iki avtobusda olan 10 nəfər xəsarət alıb.
Yerli polisin məlumatına görə, Denizlinin Çal rayonunda sərnişin avtobusu və mikroavtobus toqquşması faktı ilə bağlı araşdırma aparılır.
Toqquşmanın təsiri avtobusun idarəetməni itirməsinə, istiqamət nişanını aşmasına və orta zolağa sürüşməsinə səbəb olub. Daha sonra sürüşən mikroavtobus qısa müddətdən sonra orta zolağa düşüb.
Qəza yerinə polis, jandarma, təcili yardım işçiləri və yanğınsöndürənlər göndərilib.
Tibbi yardım işçiləri yaralı 10 nəfəri şəhərdəki xəstəxanalara çatdırıblar.
Şeyda











































