Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynanın etibarlı tərəfdaşı yoxdur

Ukraynanın etibarlı tərəfdaşı yoxdur


“Reallıq ondan ibarətdir ki, Ukrayna hər keçən gün obrazlı şəkildə desək daha da əriyir. Əhali ölkəni tərk edir. Xüsusilə, iqtisadiyyatın aparıcı qüvvəsi hesab edilən gənclər Avropaya axın edirlər”.

Bunları Newscenter.az-a deyən siyasi şərhçi Pərviz Mirizadə bildirib ki, belə şəraitdə özündən dəfələrlə böyük gücə qarşı bundan sonra da bu cür qəhramanlıqla mübarizə aparmaq olduqca çətindir:

“Digər bir məsələ isə, Ukraynanın etibarlı tərəfdaşı yoxdur. Müharibə başlayandan bəri Qərb ölkələri Kiyevə səmimi davranmır. Xüsusilə, Avropa ölkələri. Aydındır ki, həmin ölkələrin müharibəni maliyyələşdirmək və davamlı dəstək göstərmək potensialları var. Ancaq onlar bu məsələ də qeyri - səmimi davranış sərgiləməyi üstün tuturlar. İndi isə zənnimcə həmin plan üzərində əsaslı korrektələr edib razılaşmaq məqbul olar. Çünki ikinci bir variant yoxdur”.

Süleyman
Xəbəri paylaş