Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hindistan Rusiyadan S-400 raketləri alacaq

Hindistan Rusiyadan S-400 raketləri alacaq


Hindistan Rusiyadan S-400 raketləri alacaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, ölkənin Müdafiə Nazirliyi Rusiyadan S-400 hava hücumundan müdafiə raket sistemləri üçün raketlərin alınmasına razılıq verib.

“The Times of India” xəbər verir ki, Hindistan S-400 sistemləri üçün may ayında Hindistan-Pakistan hərbi münaqişəsi zamanı istifadə edilmiş bu silahların ehtiyatlarını artırmaq üçün Rusiyadan S-400 raketləri alır.

Hindistan Müdafiə Nazirliyi həmçinin S-400 hava hücumundan müdafiə sistemlərinin saxlanması üçün Rusiya ilə bir illik müqaviləni təsdiqləyib. Müqaviləyə əsasən, Rusiya Hindistanda bu hava hücumundan müdafiə sistemləri üçün texniki xidmət və təmir mərkəzi yaradacaq.

Qeyd edək ki, 2018-ci ildə Hindistan 5,43 milyard dollara beş S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına dair müqavilə imzalayıb. Rusiyadan alınan ilk “Triumf” raket sistemi Pakistanla sərhəddə yerləşən Pəncab əyalətində yerləşdirilib.

Cavid
Xəbəri paylaş