
"Avropa Parlamenti hər zaman Azərbaycana qarşı qərəzli olub və bu gün də eyni mövqe ilə çıxış edir".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən səsləndirib. İctimai birlik sədri deyib ki, məlum qətnamə ilə Avropa Parlamenti bir daha iç üzünü ortaya qoydu:
"Konkret olaraq dövlətə qarşı cinayət törətmiş şəxsləri siyasi məhbus kimi qələmə vermək, yaxud separatçıların azadlığını tələb etmək nə Avropa dəyərlərinə, nə də beynəlxalq hüquqa sığır".
Arzuman Muradlı qeyd edib ki, Azərbaycana qarşı bu cür qərəz, cəfəng, heç bir əndazəyə sığmayan üsullarla təzyiq göstərmək mümkün deyil:
"Azərbaycan heç kimin diqtəsi, tapşırığı ilə öz siyasətini müəyyənləşdirmir".
Süleyman












































