
"Mən Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni pisləmirəm. Çünki onu pisləməklə bu qurumu ciddiyə almış olaram. Sadəcə bu qətnaməni qətiyyətlə rədd edirəm".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Sahib Alıyev deyib. Millət vəkili bildirib ki, Avropa Parlamenti bir qayda olaraq Azərbaycana qarşı qərəzli mövqedən çıxış edib:
"Bu qətnamə əslində heç Ermənistanın da xeyrinə deyil. Çünki regionda sülhə, təhlükəsizliyə və sülh gündəliyinə qarşıdır. Sülh gündəliyinə qarşı olmaq isə Ermənistanın maraqlarına ziddir".
Süleyman












































