Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan nə Ukrayna, nə də Gürcüstandır

Azərbaycan nə Ukrayna, nə də Gürcüstandır


"Azərbaycan nə Ukrayna, nə də Gürcüstandır ki, Avropa burada istədiyini edə bilsin. Öz maraqlarını qorumaq üçün Ukraynanı fəlakətə sürükləyən, qeyri-hökumət təşkilatlarına ayırdığı vəsaitlə Gürcüstanda siyasi sabitliyi pozub daxili gərginlik yaratmağa çalışan Avropanın bəzi siyasi təsisatları Azərbaycanda da eyni oyunu oynamaq istəyirlər. Ancaq əminliklə bildirirəm ki, onların bu planı baş tutmayacaq".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elşən Musayev səsləndirib. O bildirib ki, Azərbaycanda mövcud olan xalq-hakimiyyət birliyi həmin qüvvələrin məkirli planlarının ölkəmizdə reallaşmasına mane olacaq:

"Azərbaycanda milli birlik, həmrəylik daim mövcud olub. Heç bir kənar qüvvə bu birliyi poza bilməz".

Süleyman
Xəbəri paylaş