
31 dekabr, Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələrində də qeyd olunacaq.
Newscenter.az xəbər verir ki, belə tədbirlərdən biri Niderland Krallığında baş tutacaq. Bu barədə məlumatı Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədov verib. Bildirib ki, tədbir Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə baş tutacaq
Bayram tədbirində Niderlandda akkreditə olunmuş xarici ölkələrin səfirləri, diaspor fəalları və ictimai-siyasi xadimlər iştirak edəcək.
Mərasimdə qonaqlara Azərbaycanın milli mətbəxindən nümunələr təqdim olunacaq.
Fuad












































