
2026-cı ildə Özbəkistan iqtisadiyyatı 6,8% artacaq, inflyasiya isə 6,7% olacaq.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankı (AYİB) tərəfindən təqdim edilən yeni makroiqtisadi proqnozda bildirilir.
Proqnoza görə, gələn il bir ABŞ dollarının orta illik məzənnəsi təxminən 12800 sum olacaq. İqtisadi artım yüksək investisiyalar və əlverişli qızıl qiymətləri ilə təmin ediləcək. İnflyasiya Mərkəzi Bankın hədəf diapazonu daxilində azalmağa davam edəcək və 2026-cı ilin sonuna qədər 6,7 faizə qədər azala bilər.
Süleyman












































