Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyevin uğurlu tarixi missiyası

Prezident İlham Əliyevin uğurlu tarixi missiyası


"Azərbaycanın son illərdə ölkəmizin prioritet məsələlərdə güclü mövqedə olması, Müzəffər Prezidentimiz İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk gündən Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsi məhz milli ideyanın başlıca hədəf kimi müəyyənləşdirilməsidir. Mütəmadi olaraq gördüyü işlərlə bağlı xalqa hesabat verməsini idarəçilikdə mütərəqqi ənənə kimi formalaşdıran cənab İlham Əliyev ötən illər ərzində xüsusilə respublikamızın iqtisadi müstəqilliyini də möhkəmləndirib.Bu müstəqillik Azərbaycanı etibarlı tərəfdaşa, böyük nüfuza malik olan bir ölkəyə çevirib, bu da Azərbaycanın həm də bir çox ölkələrlə bərabərhüquqlu, konstruktiv münasibətlərin mövcudluğuna səbəbdir".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Fariz İmamverdiyev deyib. O bildirib ki, 30 ildən sonra Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və rəhbərlik etdiyi yenilməz Ordu Qarabağı erməni təcavüzkarlarından azad etdi:

"Bu gün Qarabağ və ətrafı cənnətə çevrilir. Məhz 30 il sonra ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Prezident İlham Əliyevin 27 iyun 2022-ci il tarixində Ümumdünya Şəhər Forumunun" Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək" adlı 11-ci sessiyasında çıxışı zamanı bildirmişdi ki, 2030-cu ilə qədər "Dayanıqlı İnkişaf Gündəliyi" və " Yeni Şəhər Gündəliyi" dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir, Bakı misilsiz memarlığı , park və bulvarı ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.Bu gün isə əsas məqsədimiz Ermənistanın 30 illik işğalına baxmayaraq Azərbaycan müharibə səhifəsini çevirib, münasibətləri normallaşdırıb, Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindəyik və Azərbaycanın sülh danışıqları üçün irəli sürdüyü 5 prinsipi Ermənistan qəbul edib və yenidənqurma prosesi minalardan təmizləmə ilə başlayıb və nəticədə məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb və həm Zəngilana,həm də bütün Qarabağa böyük köç başlayıb. Bu gün Ağalı - Ağıllı kənd dünyadanın ən müasir kəndlərindən biridir.Məqsədimiz Dayanıqlı İnkkşaf məqsədinə uyğun inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inkişafıdır ki, bu da Azərbaycanın maliyyə resursları hesabına aparılır".

O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin bütün sferalarda həyata keçirdiyi islahatlar, uğurlu daxili və xarici siyasət kursu sadəcə ölkəmizdəki sabitliyi təmin etməklə kifayətlənmir, eyni zamanda Azərbaycanın beynəlxalq əlaqələrini,sıx tərəfdaşlıq və dosltuq münasibətlərini də möhkəm bağlarla gücləndirir. Bu isə Azərbaycanın hərtərəfli inkişafıdır.

Cavid
Xəbəri paylaş