Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaponiya Mərkəzi Bankı faiz dərəcəsini son 30 ildən bəri ən yüksək səviyyəyə qaldırıb

Yaponiya Mərkəzi Bankı faiz dərəcəsini son 30 ildən bəri ən yüksək səviyyəyə qaldırıb


Yaponiya Bankı son 30 ildən bəri ilk dəfə ən yüksək səviyyədə müəyyənləşdirib.

Newscenter.az TASS-a istinadən bildirir ki, maliyyə qurumu faiz dərəcəsini 1995-ci ilin sentyabr ayından bəri ən yüksək səviyyə olan 0,5%-dən 0,75%-ə qaldırmaq qərarına gəlib. Ölkənin əsas maliyyə tənzimləyicisinin məlumatına görə, bu tədbir qiymət artımını 2%-də sabitləşdirmək üçün həyata keçirilir.

Bankın İcraiyyə Şurasının bütün üzvləri yekdilliklə buna səs veriblər. Bu, əsas kredit faiz dərəcəsinin bu il ikinci dəfə artırılmasıdır. Yaponiya Bankının rəhbərliyi hesab edir ki, bu, 2026-cı ildə əmək haqqının və ölkənin ümumi daxili məhsulunun yarısından çoxunu təşkil edən istehlakçı tələbinin artmasına səbəb ola bilər.

Fuad
Xəbəri paylaş