
Milli Məclisin deputatı Mahir Süleymanlıya vətəndaş qəbulları zamanı Şabran rayon ərazisində magistral yolun kənarında yerləşən bir sıra ümumtəhsil müəssisələrinin qarşısında piyada keçidlərinin təmin olunmasının zəruriliyi barədə müraciətlər edilib.

Newscenter.az xəbər verir ki, qaldırılan məsələ nəzərə alınaraq, məktəblilərin və yol hərəkətində iştirak edənlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə şəhərin 5 nömrəli tam orta məktəbi, şəhərin 3 nömrəli ümumi orta məktəbi, rayonun Pirəbədil və Çölquşçu kənd tam orta məktəbləri, həmçinin Taxtalar və Vələsli kənd ümumi orta məktəblərinin qarşısında piyada keçid nişanlarının quraşdırılması üzrə müvafiq tədbirlər görülüb.

Bundan əlavə, yaxın vaxtlarda həmin piyada keçidlərinin yol nişanlanması (xətləmə) işləri ilə tam şəkildə tamamlanması planlaşdırılır.
Süleyman











































