
Dekabrın 23-də "Xalqıma zəfərlər yaşadan prezidentim" kitabının təqdimat mərasimi keçiriləcək.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Şərqiyyə Seyidova verib. Bildirib ki, AYB-nin Natavan klubundan baş tutacaq təqdimat mərasimində respublikanın tanınmış ictimai-siyasi xadimləri, elm adamları, QHT və media nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi fəaliyyətindən, ölkə başçısı kimi əldə etdiyi uğurlardan, eləcə də Müzəffər Ali Baş Komandan olaraq tarixi zəfərə imza atmasından bəhs edir.
Cavid












































