
ABŞ Prezidenti Donald Trampın administrasiyası təxminən 30 ölkədə olan diplomatlarını geri çağırmaq qərarına gəlib.
Newscenter.az TASS-a istinadən xəbər verir ki, bu barədə Associated Press (AP) Dövlət Departamentinin adı açıqlanmayan rəsmilərinə istinadən məlumat yayıb.
Saytın məlumatına görə, diplomatlar vəzifələrini ABŞ-ın 46-cı prezidenti Co Baydenin administrasiyası dövründə tutublar. Ən çox sayda Amerika səfiri Afrikadan geri çağırılır və ABŞ-ın 13 ölkədəki diplomatik nümayəndəliklərinin rəhbərləri vəzifələrinin ləğvi barədə bildiriş alıblar. Asiyada Tramp administrasiyası Vyetnam və Filippin də daxil olmaqla altı ölkədən səfirlərini geri çağırır.
Yaxın Şərqdə Əlcəzair və Misirdəki yüksək vəzifəli Amerika diplomatları işdən çıxarılma barədə bildiriş alıblar. Kadr dəyişiklikləri ABŞ-ın Ermənistan, Şimali Makedoniya, Monteneqro və Slovakiyadakı səfirliklərinə də şamil ediləcək.
Cavid












































