Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Qəzzanın yenidən qurulması üçün yardım etməyəcək

ABŞ Qəzzanın yenidən qurulması üçün yardım etməyəcək



Vaşinqton Qəzza zolağı infrastrukturunun bərpası planı üçün büdcədən 60 milyard dollar qrant və kredit zəmanəti verməyi planlaşdırmır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin X sosial media platformasında qeyd edilib.

Eyni zamanda, Dövlət Departamenti Fələstin anklavının bərpası planının mövcudluğunu inkar etmir.

Daha əvvəl "The Wall Street Journal" qəzeti mənbələrə istinadən ABŞ prezidentinin elçisi Stiven Vitkoff və Amerika liderinin kürəkəni, sahibkar Cared Kuşnerin Qəzza zolağının yenidən qurulması üçün təklif hazırladıqlarını bildirmişdi.

Qəzet yazır ki, planda Qəzzanın yenidən qurulmasını hansı ölkələrin və şirkətlərin maliyyələşdirəcəyi, eləcə də 2 milyon fələstinlinin yenidənqurma zamanı harada yaşayacağı göstərilməyib.

Cavid
Xəbəri paylaş