Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətimizin gücünün təsdiqi

Dövlətimizin gücünün təsdiqi


"Vətən müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri bütün məziyyətləri ilə yanaşı, dövlətimizin gücünün təsdiqidir".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Nərmin Abuşova deyib. O bildirib ki, qısa müddətdə nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı Prezident İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür:

"Artıq keçmiş məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına "Böyük Qayıdış"ı mərhələli şəkildə həyata keçirilir. Əminik ki, tezliklə bu proses tamamilə yekunlaşacaq və həmvətənlilərimiz illər öncə olduğu kimi, yenə də tarixi torpaqlarında əminamanlıq içində yaşayacaqlar".

Cavid
Xəbəri paylaş