Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran Rusiya ilə münasibətləri kəsmək niyyətində deyil

İran Rusiya ilə münasibətləri kəsmək niyyətində deyil


İran Avropa ölkələrinin tələbi ilə Rusiya ilə dostluq münasibətlərini kəsməyəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqayi bildirib.

O, mətbuat konfransında vurğulayıb ki, Rusiya ilə münasibətləri davam etdirən və onunla dostluq əlaqələri quran hər bir ölkənin Avropanın tələbləri səbəbindən bu münasibətləri kəsməsini gözləmək tamamilə məntiqsizdir.

Baqainin sözlərinə görə, Avropa ölkələri öz davranışlarını araşdırmalı və Ukraynadakı münaqişənin ilk növbədə niyə yarandığını təhlil etməlidirlər:

"Başqalarını tənqid etməzdən əvvəl, onlar öz hərəkətlərinə görə məsuliyyət daşımalı və başqalarını günahlandırmağı dayandırmalıdırlar. Çünki bu yanaşma problemin həllinə kömək etmir", - deyə İran diplomatı qeyd edib.

Cavid
Xəbəri paylaş