Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşədüzəltmə bürolarının vətəndaşdan ödəniş alıb iş tapmaması qanunsuzdur

İşədüzəltmə bürolarının vətəndaşdan ödəniş alıb iş tapmaması qanunsuzdur


Son vaxtlar artan çoxsaylı şikayətlər sırasında işədüzəltmöə büroları ön sırada yer alır. Belə ki, iş axtaran vətəndaşla müqavilə bağlayan şirkət vətəndaşdan bunun müqabilində xidmət haqqı alsa da, lakin müəyyən müddət keçdikdən sonra vətəndaş işlə təmin edilmir. Nəticədə belə demək mümkünsə ödəniş batır. Bəs belə halların qarşısını necə almaq olar?

Hüquqşünas Əli İbrahimov Newscenter.az-a bildirib ki, ilk növbədə vətəndaş öz hüquqlarını qorumaq üçün müqaviləni diqqətlə oxumalı, ödəniş zamanı rəsmi qəbz almalı və yalnız qeydiyyatlı, lisenziyalı agentliklərə müraciət etməlidir:

"Hüquqşünas məsləhəti almaq da hüquqi prosedurların düzgün aparılmasına kömək edir.
Hər bir vətəndaş unutmamalıdır ki, işədüzəltmə bürolarının vətəndaşdan ödəniş alıb iş tapmaması qanunsuzdur. Azərbaycan qanunvericiliyi vətəndaşı həm mülki, həm də cinayət məsuliyyətindən qoruyur və ödənişin geri qaytarılması, cinayət işinin başlanması kimi hüquqi vasitələr mövcuddur. Əsas məsələ müqavilənin düzgün sənədləşdirilməsi və sübutların saxlanmasıdır".

Süleyman
Xəbəri paylaş