
"Prezident İlham Əliyevin MDB-nin qeyri rəsmi toplantısında iştirak etməməsi, Azərbaycanın dünya birliyinin tam müstəqil, subyekt dövləti olmasını bir daha bütün dünyaya əyani olaraq göstərir. Bütün rus siyasətciləri, tarixçiləri mətbuatda açıq bildirirlər ki, Rusiya hər bir yeni dövrdə daha da böyük ərazilərə nəzarət etməsə, yox olar. Ona görə də onlar Avrasiya hərakatı və Avrasiya İqtisadi Birliyini ortaya atıb böyük Avrasiyanı nəzarətdə saxlamaq, bütün Avrasiya ölkələrilə bir svilzasiyada olduğunu sübut edən çıxışlar edirlər. Onlar Rusiya Federasiyası ərazisində olan bütün Türk Respublikalarını və Orta Asiyada olan müstəqil Türk dövlətlərini və Tacikistanı da bir svilizasiyada olduğunu sübut edən əsərlər yazırlar, müxtəlf çıxışlar edirlər. Bu da məlumdur ki, qədim və zəngin Türk etnosu özü bir svilizasiyadır".
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Tahir Ələkbərov deyib. O bildirib ki, rus ideoloji maşını bütün keçmiş Rus İmperiyası ərazisində olan bütün xalqları bu ad altında yenidən özünə bağlamağa cəht etməkdədir:
"Azərbaycan Prezidentinin bu toplantılarda iştirak etməməsi, qütübləşən dünyada Cənab İlham Əliyevn "Bizim evimiz türk dünyasıdır!" fikirlərini bütün dünyaya bəyan etməsi, xalqına, əqidəsinə sadiq olduğunun göstəricisidir. Olduqca sevindirici hal odur ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev böyük güclərin heç bir "oyununa" getmədən, Azərbaycanın yenidən "alət" bir dövlətə, "alət" bir xalqa çevrilməsinin qarşısını alır və ölkənin inkişasına və TDT-nın daha da güclənməsinə hər gün xidmət edən böyük siyasətcidir, böyük Liderdir!".
Cavid












































