
Özbəkistanda “Halal” sertifikatlaşdırma başlayıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, ilk dəfə olaraq “Peng Sheng Charm” BM MMC və “BIO-SUT” MMC-yə “Halal” sertifikatları verilib.
Bu, Özbəkistan istehsalçıları üçün beynəlxalq ixrac və istehlakçı inamının artırılması istiqamətində atılan mühüm addımdır.
Qeyd edək ki, 1 fevral 2025-ci il tarixində Nazirlər Kabineti məhsul və xidmətlərin “Halal” tələblərinə uyğun olaraq sertifikatlaşdırılması qaydasını təsdiqləyib. Bu əsasda “UzTest” nəzdində “UzHalalTest” sertifikatlaşdırma orqanı yaradılıb və beynəlxalq MAC tərəfindən akkreditasiya olunub.
Süleyman












































