Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almanların sayı 2 dəfə azalıb

Almanların sayı 2 dəfə azalıb


Almaniyanın əhalisi 2025-ci ildə 83,5 milyon nəfər olub ki, bu da əvvəlki ildən təxminən 100.000 nəfər azdır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Federal Statistika İdarəsi məlumat yayıb. Bildirilib ki, 2020-ci ilin pandemiya ilindən bəri əhalinin azalması ilk dəfə qeydə alınıb.

Keçən il ölkədə 640.000 ilə 660.000 arasında insan doğulub ki, bu da əvvəlki ildən (667.000) azdır. Eyni dövrdə təxminən 1 milyon sakin vəfat edib. Beləliklə, əhalinin təbii azalması 340.000 ilə 360.000 arasında olub.

Eyni zamanda, ölkəyə miqrant axını yavaşlayıb. 2025-ci ildə xaricdən gələn insanların xalis axını 220.000-260.000 nəfər təşkil edib. Bu rəqəm 2020-ci ildən bəri ən aşağı göstərici olub, çünki pandemiya ilə əlaqəli məhdudlaşdırıcı tədbirlər səbəbindən əhalinin hərəkətliliyi azalıb. Miqrasiya səbəbindən əhali artımı əvvəlki ilə nisbətən (430.000 nəfər) 40% aşağı olub.

Anar
Xəbəri paylaş