Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Avropanın enerji arxitekturasında mühüm yer tutmaq hədəfini davam etdirir

Azərbaycan Avropanın enerji arxitekturasında mühüm yer tutmaq hədəfini davam etdirir


"Avropanın enerji təhlükəsizliyinin formalaşmasında əsas aparıcı aktorlardan olan Azərbaycan, yeni dönəmdə karbohidrogen ixracatçısından "yaşıl enerji" ixracatçısına çevrilərək Avropanın enerji arxitekturasında mühüm yer tutmaq hədəfini davam etdirir. Bu məqsədlə Azərbaycan daha bir meqa layihənin Azərbaycan–Türkiyə–Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılmasına başlayıb".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Aqil Məmmədov deyib. O bildirib ki, bu layihə çərçivəsində işğaldan azad edilmiş və hazırda sürətlə bərpa edilən ərazilərdə əldə ediləcək enerji Zəngəzur enerji dəhlizi vasitəsilə Naxçıvana, oradan isə Türkiyə üzərindən digər istiqamətlərə ixrac ediləcək:

"Suriyada daxili siyasi vəziyyətin sabitləşməsi və neftlə zəngin ərazilərin hökumətin nəzarətinə keçməsi iqtisadiyyatı canlandıracaq. Hazırda Türkiyə ilə Suriya arasında vətəndaş müharibəsindən öncə fəaliyyət göstərən Birecik–Hələb elektrik xətti bərpa edilir. Neft-kimya müəssisələrinin yenidən işə salınması Suriyada elektrik enerjisinə tələbidə artıracaq və Azərbaycan enerjisi bu bazar üçün də əlçatan olacaq".

Süleyman
Xəbəri paylaş