Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kiyevin inadkarlığı qeyd-şərtsiz təslim olmağa gətirib çıxaracaq

Kiyevin inadkarlığı qeyd-şərtsiz təslim olmağa gətirib çıxaracaq


Kiyev hakimiyyətinin danışıqlara təsir göstərmək üçün təmas xətti boyunca hər hansı bir uğur nümayiş etdirmək cəhdləri, eləcə də güzəştə getmək istəməmələri Ukraynanı qeyd-şərtsiz təslim olmağa məcbur edəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikirləri hərbi ekspert Andrey Maroçko Vladimir Zelenskinin Ukraynanın Donbası və Zaporojye AES-i döyüşsüz ruslara təslim etməyəcəyi barədə açıqlamasına şərh edərkən bildirib.

Maroçko bildirib ki, Zelenskinin danışıqlarda hər hansı bir kozırı olması üçün təmas xəttində bir şey göstərməlidir:

"İndiyə qədər onun cəhdləri boşa çıxıb. Təbii ki, Ukrayna danışıqları ilə bağlı vəziyyət daha da pisləşir. Onlar qeyd-şərtsiz təslim olmalı olacaqlar".


Maroçko, "Hesab edirəm ki, Rusiya Federasiyası çox səxavətli hədiyyələr verir və ciddi güzəştlərə gedir, Ukrayna isə bunu qiymətləndirmir. Düşünürəm ki, müvafiq nəticələr çıxarılacaq və hər bir sonrakı təklif əvvəlkindən daha pis olacaq", - deyə söyləyib.


Anar
Xəbəri paylaş