Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq modeli

Qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq modeli


"Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasındakı münasibətlər sadəcə coğrafi yaxınlığa və ya anlıq maraqlara deyil, qarşılıqlı hörmətə, etibarlılığa və gələcəyə yönəlmiş böyük bir vizyona əsaslanır. Bu əlaqələr hər iki tərəf üçün strateji əhəmiyyət kəsb etməklə yanaşı, həm də regionun sabitliyinə xidmət edən səmimi bir dialoq modelidir".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Aynur Quliyeva deyib. O bildirib ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen iyulun 1-də Bakıda səfərdə olub və Azərbaycan Prezidenti ilə mətbuat üçün bəyanatlarla çıxış ediblər:

"Ölkə başçısı cənab İlham Əliyev çıxışı zamanı qeyd etmişdir ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir və ölkəmizin ümumi xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Avropa İttifaqına üzv dövlətlərlə həyata keçirilir. Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının əsas iqtisadi tərəfdaşıdır və region üzrə ümumi ticarət dövriyyəsinin təxminən 70 faizi məhz Azərbaycanın payına düşür. Prezident İlham Əliyev, həmçinin enerji sahəsində əməkdaşlığın geniş müzakirə edildiyini bildirərək, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin dörd il əvvəl Azərbaycana etdiyi səfərin bugünkü strateji tərəfdaşlığın formalaşmasında mühüm rol oynadığını xüsusi vurğulamışdır".


O deyib ki, Cənab İlham Əliyev ilə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında keçirilən görüş Azərbaycan–Avropa Komissiyası münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir:

"Görüş zamanı səsləndirilən fikirlər və əldə olunan razılaşmalar enerji, ticarət, nəqliyyat, yaşıl enerji və regional təhlükəsizlik sahələrində əməkdaşlığın gələcək inkişafı üçün yeni perspektivlər açacaqdır".

Arzu
Xəbəri paylaş