Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xankəndisiz Zəfərimiz yarımçıq olacaqdı

Xankəndisiz Zəfərimiz yarımçıq olacaqdı


44 günlük müharibənin nəticəsi olaraq 30 il ərzində işğal altında qalan torpaqlarımızın azad edilməsi, Ermənistanın kapituliyasiya aktına imza ataraq digər əraziləri də döyüşsüz təslim etməsi, ordumuzun adına Zəfər salnaması kimi yazıldı.

Yaranmış status-kvoda keçmiş Dağlıq Qarabağ ərazisinin əhəmiyyətli hissəsində erməni separatçılarının hələ də fəaliyyətini davam etdirməsi, Rusiya hərbçilərinin isə “sülhməramlı missiya” adı altında həmin bölgəyə yerləşərək əslində, separatçıların mühafizəçisinə çevrilməsi isə yeni risklər və təhdidlər üçün əsl mənbə idi.

2020-ci ildən 2023-cü ilədək keçən üç illik müddətdə istər bölgəldəki erməni separatçılarının təxribatçı hərəkətləri, istərsə, Rusiya hərbi kontingentinin davranışları Azərbaycanın həmin ərazisində separatçı fəaliyyəti davam etdirməyə və onu daha da möhkəmləndirməyə hesablanmışdı.

Bir yandan, dağıdılmış silahlı ünsürlər yenidən təşkilatlandırılır, separatizmi simvolizə edən elementlər üzə çıxarılır, digər yandan Rusiya, 44 günlük savaş dövründə Ermənistana getmiş erməniləri kütləvi şəkildə geri daşıyır, onlara sosial, humanitar, texniki yardım göstərir, hətta, uşaq və gənclərə “mülki müdafiə” adı altında hərbi təlimlər keçirilirdi. Rusiyanın mərkəzi dövlət qurumlarının yüksək çinli məmurları məhz Ermənistan üzərindən Xankəndiyə səfər edir, əraziyə birbaşa Moskvaya tabe olan avtonom anklav statusu qazandrmaq istəyirdilər.

Bir yandan da, İrana məxsus sistern və TIR-lar Xankəndiyə yanacaq və mənşəyi məlum olmayan yüklər çatdırırdı…
Belə bir şəraitdə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri aparması, Böyük Qayıdış proqramının uğurla həyata keçirməsi ciddi problemlərlə qarşılaşa bilərdi. Problemlər əslində özünü göstərməkdə idi. Azərbaycan ordusunun postlarına və hərbçilərimizə qarşı təxribatlar, Ermənistandan yeni minaların gətirilərək basdırılması və s. qeyri-müəyyən olan vəziyyəti bir qədər də gərginləşdirirdi.

Bu baxımdan, 19-20 sentyabr 2023 il tarixdə keçirilən anti-terror əməliyyatının tarixi, siyasi və faktiki əhəmiyyəti, Vətən müharibəsində qazandığımız qələbə qədər yüksəkdir, Həmin qələbənin davamıdır və məntiqi yekunudur. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, “Erməni separatizminin tabutuna sonuncu mismarın vurulduğu gündür”.

Dövlət Suverenliyi Günümüz mübarəkdir!

Aqil Camal, "Ortaq Dəyərlər" ictimai birliyinin sədri
Xəbəri paylaş