
"Bu gün keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı təkcə bu partiyanın deyil, eləcə də Azərbaycanın, ümumən Cənubi Qafqazın siyasi həyatında yeni bir mərhələnin başlanğıcı kimi xarakterizə edilməlidir. Çünki çoxminli Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın yox, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi təsisatıdır. Bu mənada hakim Yeni Azərbaycan Partiyası ümumilikdə regionun ictimai-siyasi həyatına da təsir etmək gücündədir".
Bunları Newscenter.az-a YAP Səbail təşkilatının üzvü, politoloq Arzuman Muradlı deyib. O bildirib ki, qurultayda hakim partiyanın sədri, Cənab Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Yeni Azərbaycan Partiyasının qarşıdakı dövrdəki fəaliyyəti üçün bir növ yol xəritəsi idi:
"Yeni Azərbaycan Partiyasının yaranma zərurəti, ümummilli lider Heydər Əliyevin partiyanın həyatındakı rolu, eləcə də hazırda hakim partiyanın siyasi gücü, idarəetmə bacarığı barədə danışan Cənab Prezident bir növ hakim partiya üzvlərinə qarşıdakı dövr üçün yol göstərmiş oldu, onlara öz tövsiyələrini verdi".
Arzuman Muradlı əmin olduğunu bildirib ki, Yeni Azərbaycan Partiyası Cənab Prezidentin proqram xarakterli çıxışını qarşıdakı dövr üçün strateji xətt olaraq müəyyən edəcək və təkcə ölkəınin deyil, eyni zamanda regionun siyasi həyatında aktiv rolunu daha da artıracaq:
"Qısa müddətdə YAP-ın həyatında yeni bir mərhələnin şahidi olacağımıza əminəm".
Süleyman












































