Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq


Misir Qahirədəki Efiopiya səfirliyinin bir əməkdaşını ölkədən çıxarır.

Newscenter.az xəbər verir ki, Misir dövlət televiziya kanalı "Əl-Qahira əl-İxbariya" bu barədə məlumat verib. Xəbərə görə, o, ölkəni 48 saat ərzində tərk etməlidir .

Bu addım Efiopiyanın Əddis-Əbəbədəki Misir nümayəndəliyinin işçilərindən birinə qarşı arzuolunmaz şəxs elan etməsinə cavabdır. Qahirə bu cür tədbirləri əsassız, mövcud vəziyyəti isə təəssüf doğurucu hesab etsə də, Efiopiyanın hərəkətlərinə mütənasib şəkildə cavab verəcəyini də deyib.

Qeyd edək ki, oktyabrın 1-də Efiopiya Xarici İşlər Nazirliyi Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına istinad edərək diplomatlarından birinin ölkədən çıxarılması barədə Misir səfirliyinə məlumat verib. Qərarın dəqiq səbəbləri isə açıqlanmayıb.

Eyni tarixdə isə Efiopiya Eritreyadakı səfirliyini bağlamaq və 10 diplomatını ölkədən çıxarmaq qərarına gəlib.

Anar
Xəbəri paylaş