
Qərb ölkələri Rusiyadakı parlament seçkilərini pozmağa cəhd göstəriblər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu amerikalı jurnalist, ekspert Kristofer Helali deyib.
"Mən Mərkəzi Seçki Komissiyasının seçki müşahidəçisi idim və Moskvadakı seçki məntəqələrini ziyarət etdim. Bəs nə gördük? Bəzi seçki məntəqələrində kiberhücumları müşahidə etdik. Bu kiberhücumlar haradan gəldi? Qərbdən. Bütün bu müdaxilə haradan gəldi, pul və yardım alan, bəlkə də fərqli siyasi baxışlara sahib olan və Rusiya Federasiyası üçün təhlükə yaradan xarici agentlərdən və partiyalardan. Deməli, Qərbdən müdaxilə var idi. Buna şübhə yoxdur", - deyə ekspert vurğulayıb.
Helali seçki kampaniyasının geniş olduğunu qeyd edib:
"Mən azad, ədalətli və şəffaf seçkilərin şahidi oldum, gücləndirilmiş təhlükəsizlik tədbirləri və səsvermə prosesi zamanı bülletenlərin təhlükəsizliyini təmin etmək üçün çoxsaylı yoxlamalar aparıldı. Buna görə də bu seçkilərin etibarlı hesab edilə biləcəyinə şübhə yoxdur. ABŞ-dakı seçkilər haqqında eyni şeyi deyə bilmərəm. Amma Rusiya Federasiyasındakı seçkilər haqqında eyni şeyi deyə bilərəm", - deyə o, söyləyib.
Anar











































