
Avropa ölkələrinin bir çox vətəndaşı Ukrayna münaqişəsindən bezib və Kiyevə yardıma qarşı çıxan tərəflər getdikcə daha çox artır.
Newscenter.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) qəzeti yazıb.
Nəşrin yazdığına görə, Ukraynaya maliyyə və hərbi yardımın zərərli və təhlükəli olduğu fikri avropalı seçicilər arasında geniş yayılıb. Nəşr nümunə olaraq Almaniyanı göstərir, burada seçicilərin təxminən üçdə biri Kiyevə əlavə yardım göndərməyə qarşı çıxan siyasi qüvvələri dəstəkləyir. WSJ əlavə edir ki, ABŞ administrasiyası Ukraynaya birbaşa yardım göndərməyi faktiki olaraq dayandırdığından bəri Avropanın xərcləri artıb.
Anar











































