Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQC qiymətləndiricilərin ixtisas imtahanına növbəti hazırlıq kursuna qəbul elan edib

AQC qiymətləndiricilərin ixtisas imtahanına növbəti hazırlıq kursuna qəbul elan edib


Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qiymətləndiricilərin ixtisas imtahanına hazırlaşan şəxslər üçün növbəti hazırlıq kursunun təşkilinə başlayır.

Newscenter.az xəbər verir ki, qiymətləndirmə fəaliyyəti üzrə bilik və bacarıqlarını təkmilləşdirmək, ixtisas imtahanına sistemli və məqsədyönlü şəkildə hazırlaşmaq istəyən şəxslər kursda iştirak edə bilərlər.

Hazırlıq kursu qiymətləndirmə fəaliyyətinin bütün əsas istiqamətlərini əhatə edəcək. Dərslər qiymətləndirmə sahəsində uzunillik peşəkar təcrübəyə malik mütəxəssislər və ixtisaslı müəllimlər tərəfindən keçiriləcək. Kurs iştirakçılarına imtahan proqramına uyğun nəzəri biliklərlə yanaşı, qiymətləndirmə praktikasına dair mühüm məlumatlar təqdim olunacaq.

AQC tərəfindən qiymətləndiricilərin ixtisas imtahanlarına hazırlıq məqsədilə artıq 9 kurs təşkil edilib. Qarşıdakı hazırlıq kursu bu istiqamətdə keçirilən 10-cu kurs olacaq.

Əvvəlki kursların nəticələri AQC-nin hazırlıq proqramının iştirakçılar üçün faydalı olduğunu göstərir. Belə ki, bu günədək təşkil olunmuş kurslarda iştirak edənlərin orta hesabla 85 faizi ixtisas imtahanlarında müsbət nəticə əldə edib.

AQC qiymətləndirmə sahəsində peşəkar kadrların hazırlanmasını, mütəxəssislərin bilik və peşə bacarıqlarının inkişaf etdirilməsini fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirir.

Qeydiyyat və əlavə məlumat üçün:

050 330 28 20

Süleyman
Xəbəri paylaş