
Sumqayıtda 36 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərin evdən gətirilmiş qənnadı məmulatından zəhərləndiyi iddia edilir.
Newscenter.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 2-də məktəbdə dərs prosesi zamanı bir qrup şagird özünü pis hiss edib:
"Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər. İlkin ehtimallara əsasən şagirdlərdən biri tərəfindən evdən gətirilmiş qənnadı məmulatından sinif yoldaşlarının da istifadə etdiyi müəyyən edilib. Həmin qidadan istifadə etdikdən sonra məktəblilər özlərini pis hiss ediblər. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır".












































