Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Suveren Azərbaycanın yeni tarixi mərhələsi

Suveren  Azərbaycanın yeni tarixi mərhələsi


"Tarix təkcə təqvim vərəqlərinin dəyişməsi ilə yazılmır; tarix Böyük Liderlərin uzaqgörən qərarları, xalqın bütövlüyü və sarsılmaz iradəsi ilə yaradılır. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri İlham Əliyevin proqram xarakterli çıxışı sadəcə siyasi hesabat və ya nitq deyildi — bu, tam suverenliyə qovuşmuş qalib bir millətin gələcək xəritəsi, yeni dövrünün strategiyası idi.

Prezidentin hər bir cümləsi dərin məntiqə, tarixi həqiqətlərə və sarsılmaz qətiyyətə söykənirdi. Bu çıxış Azərbaycanın keçdiyi çətin, lakin şərəfli yolu gözlərimiz önündə canlandırarkən, eyni zamanda bizi qarşıda gözləyən yeni zirvələrə səsləyirdi. Bütöv Azərbaycanın Lideri kimi danışan dövlət başçısı aydın mesaj verdi: Azərbaycan öz tarixinin ən qüdrətli çağını yaşayır, lakin əldə olunan uğurlar son deyil, yalnız yeni böyük inkişafın başlangıcıdır".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Nərmin Səmədova deyib. O bildirib ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən dirçəldilməsi, Böyük Qayıdışın sürətlə gerçəkləşməsi, milli təhlükəsizlik və ordu quruculuğunun daha da möhkəmləndirilməsi nitqin ana xəttini təşkil edirdi:

"Bu, təkcə infrastrukturların bərpası haqqında verilən bəyanat deyil, illər boyunca yurd həsrəti ilə yaşayan insanların qürurunun, ləyaqətinin və gələcəyə olan ümidinin tam bərpası idi.

Çıxışın ən təsirli məqamlarından biri də müstəqil xarici siyasət və milli maraqların güzəştsiz müdafiəsi ilə bağlı qətiyyətli möqeyin növbəti dəfə nümayiş etdirilməsi oldu. Xarici təzyiqlərə, ikili standartlara baxmayaraq, Azərbaycanın öz diktə etdiyi ədalətli prinsiplərdən geri çəkilməyəcəyi bir daha bütün dünyaya elan edildi".

Hakim partiya təmsilçisi qeyd edib ki, bu nitq hər bir vətəndaşda, xüsusilə də yeni dövrün qurucuları olan gənclərdə dərin məsuliyyət hissi yaradır:

"Prezident İlham Əliyevin çağırışı hər birimizi öz sahəmizdə daha əzmlə çalışmağa, güclü, modern və sarsılmaz Azərbaycan naminə bir olmağa dəvət edir.

VIII Qurultaydakı bu tarixi çıxış gələcək nəsillərə saxlanılacaq bir miras, suverenliyini qanı və zəkası ilə təsbit etmiş bir xalqın qürur manifestidir.

​YAP-ın VIII Qurultayında Ölkə Prezidenti cənab İlham Əliyevin tarixi çıxışı hər birimizdə böyük qürur və gələcəyə sarsılmaz inam hiss etdirdi.

​Tam suverenliyinə qovuşmuş Azərbaycan indi öz tarixinin en qüdrətli çağını yaşayır! Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işləri, Böyük Qayıdışın sürətlə gerçəkləşməsi və dövlətimizin müstəqil xarici siyasəti yeni dövrün əsas sütunlarıdır.
​Prezidentin də qeyd etdiyi kimi, əldə olunan uğurlar son deyil, daha böyük zirvələrin başlangıcıdır!".

Anar
Xəbəri paylaş