
Məkkə müqaviləsinin ən qısa müddətdə nəzərdən keçirilməsi və təsdiqlənməsi üçün Türkiyə parlamentinə təqdim edilməsi planlaşdırılır.
Newscenter.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. O bildirib ki, müqavilə baxılması üçün parlamentə təqdim edilməlidir:
"Dünən bu məsələ ilə bağlı yekun təkliflərimizi prezidentə təqdim etdik. Ən qısa müddətdə baxılması üçün parlamentə təqdim edilməsi qərara alınıb. Biz işimizi demək olar ki, başa çatdırmışıq".
Qeyd edək ki, Məkkə müqaviləsi 7 avqustda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb. Müqavilədə üç ölkədən hər hansı birinə edilən hücumun müqavilənin bütün tərəflərinə qarşı təcavüz aktı hesab ediləcəyi nəzərdə tutulur.
Anar












































