
Ukrayna parlamenti təhlükəli sənaye sahələrində çalışan işçilər və hamilə qadınlar üçün nəzərdə tutulan müavinətləri azaldır.
Newscenter.az TASS-a istinadən bildirir ki, ölkə parlamenti bununla bağlı qanun layihəsini qəbul edib.
Qanun layihəsinə əsasən, hamilə qadınlar və üç yaşınadək uşaq sahibi olan analar daha yüngül işə keçmək hüququnu itirə bilərlər. Bundan başqa işəgötürənlər onları gecə növbələrinə təyin edə biləcəklər. Eyni zamanda, təhlükəli iş yerlərində çalışan işçilər güzəştli pensiya, daha yüksək əmək haqqı, daha qısa iş günləri və əlavə ödənişli məzuniyyət hüquqlarını itirmək riski ilə üzləşirlər. Qanun layihəsi həmçinin istehsalat zədəsi halında pulsuz tibbi yardım hüququnun ləğvini də nəzərdə tutur.
Anar












































