Bakıda bir nəfər beşinci mərtəbənin eyvanından yıxılıb
Newscenter.az.8.12.2021. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin eyvanından düşərək birinci mərtəbəsindəki mənzilin artırmasının damında....
Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı tədbir keçirilib
Newscenter.az.8.12.2021. Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərlə bağlı nəzarət-profilaktiki tədbir keçirib. Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat....
Astara sakini özünü yandıraraq intihara cəhd edib
Newscenter.az.8.12.2021. Astara sakini özünü yandırıb. “Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Astara rayonunun Bürzübənd kəndində baş verib. Belə ki, 1977-ci il təvəllüdlü Vəfa Əliyev yaşadığı ünvanda üzərinə alışdırıcı maye tökərək həyatına qəsd edib. Nəticədə ciddi yanıq....
Saatlıda karantin qaydalarını pozan kafenin icarədarı cərimələnib
Newscenter.az.8.12.2021. Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saatlarında rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, normalarını pozaraq....
Şabranda yaşayış yerini tərk edən COVID-19 xəstəsi aşkarlanıb
Newscenter.az.8.12.2021. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Şabran rayon sakini Yaşar Əmrullayevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.....
Sabirabadda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
Newscenter.az.8.12.2021. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Sabirabad rayonu Osmanlı kənd sakini Araz Vəliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən....
Bakı metrosunda gənc oğlan özünü yandırmağa cəhd edib
Newscenter.az.8.12.2021. Bakı metrosunda gənc oğlan özünü yandırmağa cəhd edib. "Report"un məlumatına görə, hadisə dekabrın 7-də metronun "Gənclik" stansiyasında qeydə alınıb. Belə ki, 2001-ci il təvəllüdlü Əlisahib Rüstəmov qatar hərəkət edərkən üzərinə benzin tökərək özünü....
Şirvanda koronavirus xəstəsi ictimai yerdə aşkarlandı
Newscenter.az.8.12.2021. Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsəd ilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub. DİN-in Mətbuat Xidmətinin Şirvan regional....
Azərbaycanın cənub rayonlarında zəlzələ olub
Newscenter.az.7.12.2021. Azərbaycanda zəlzələ qeydə alınıb. "Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, yeraltı təkanlar güclü olmayıb. Zəlzələ Lənkəranda təxminən 2,5-3 bal gücündə hiss edilib. Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.....
Daha bir keçmiş icra başçısı COVİD-19-dan vəfat etdi
Newscenter.az.7.12.2021. Şamaxı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Akif Əliyev vəfat edib. "Report"un əldə etdiyi məlumata görə, o, koronavirusdan dünyasını dəyişib. Qeyd edək ki, A.Əliyev 2000-2004-cü illərdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı işləyib.....
Azərbaycan-İran sərhədində atışma olub, ölən var
Newscenter.az.7.12.2021. Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir. DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, 2021-ci ilin 07 dekabr tarixində saat 16:00....
Prokuror Vüqar Səfərliyə 11 il həbs cəzası istəyib
Newscenter.az.7.12.2021. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev,....
FHN-nin polkovnikinə cinayət işi açılıb
Newscenter.az.7.12.2021. Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Quba rayonunda yerləşən N saylı hərbi hissəsinin sabiq komandiri, polkovnik Ehtiram Nəzərov barəsində cinayət işi başlanılıb. “Report”un xəbərinə görə, onun barəsində Cinayət Məcəlləsinin 312.1-ci (rüşvət vermə)....
Səfərbərlik Xidmətinin həkim komissiyasının sədri rüşvət almaqda ittiham olunur
Newscenter.az.7.12.2021. Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Nazilə Rəhmanovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb. “Report”un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, o, 4 il müddətinə azadlıqdan məhrum....
Kəmaləddin Heydərovun yaxınlarının da şirkətləri BAĞLANIR
Newscenter.az.7.12.2021. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanlarının Azərbaycanın daxilində və xarici ölkələrdəki biznesi ilə yanaşı, onun yaxın qohumlarının da biznes şəbəkəsi çökür. Newscenter.az araşdırmaçı jurnalist Cavanşir Həsənliyə istinadən xəbər verir ki, sıra FHN şefinin....
Jurnalistə qarşı təzyiq göstərən DSX zabiti cəzalandırıldı
Newscenter.az.7.12.2021. Dövlət Sərhəd Xidmətinin (DSX) “Baku TV”nin əməkdaşlarına qarşı nalayiq hərəkətlərə yol verən hərbi qullquçusu, mayor Rövşən Cahangirova məzəmmət elan edilib. Bu barədə “Report”un sorğusuna cavab olaraq DSX-nin Mətbuat Mərkəzindən bildirilib. Qeyd edilib ki, DSX rəhbərliyi....
Bu il oğurluq hadisələri 542 fakt azalıb
Newscenter.az.7.12.2021. “Bu ilin yanvar-noyabr aylarında mülkiyyət əleyhinə cinayətlər sırasında oğurluq hadisələri 542 fakt azalıb”. Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, mülkiyyət əleyhinə cinayətlər üzrə - xüsusi....
Ötən gün 172 nəfər COVID-19 pasportu olmadığına görə toylara buraxılmayıb
Newscenter.az.7.12.2021. Dekabrın 6-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 107 toy şənliyinin monitorinqini həyata keçirib. DİN-dən verilən məlumata görə,....
Sabirabadda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
Newscenter.az.7.12.2021. Sabirabad rayonu Yuxarı Axtaçı kənd sakini Yusif Abuşova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, həmin şəxs....
Zaqatalada zəlzələ olub
Newscenter.az.7.12.2021. Azərbaycanda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla 07:38-də Zaqatala stansiyasından 16 km şimal-şərqdə Zaqatala ərazisində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.....