Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropanın uçan taksi xəyalları puç oldu

Avropanın uçan taksi xəyalları puç oldu


Avropanın uçan taksi xəyalları nağd pul qıtlığı üzündən çöküb.

Newscenter.az xarici KİV-ə istinadən bildirir ki, Avropada inqilabi nəqliyyat vasitəsi kimi görülən elektrikli uçan taksilər maliyyə çətinlikləri səbəbindən gözlənilən sürətlə inkişaf edə bilmir. Xüsusilə Almaniyada fəaliyyət göstərən Volocopter və Lilium kimi şirkətlər ciddi nağd pul problemi ilə üzləşirlər.

Şirkət aprel ayında Almaniya hökumətindən 100 milyon avro kredit almağa çalışıb, lakin bu cəhd uğursuz olub.

İndi Volocopter Çin avtomobil istehsalçısı Geely-nin 95 milyon dollarlıq sərmayə qarşılığında şirkətin 85 faizini alacağını gözləyir. Bloomberg-in məlumatına görə, bu razılaşma əldə olunarsa, gələcək istehsal Çinə keçə bilər.

Mehman Mehdiyev
Xəbəri paylaş