Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KTMT Avrasiyada təhlükəsizlik məsələsini müzakirə edəcək

KTMT Avrasiyada təhlükəsizlik məsələsini müzakirə edəcək


Bu gün Astanada KTMT dövlət başçılarının sammiti keçiriləcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə keçiriləcək tədbirdə Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan prezidentləri iştirak edəcək.

Belarus prezidenti Aleksandr Lukaşenko və Qırğızıstan prezidenti Sadır Japarov dünən gecə Astanaya gəliblər.

Prezidentlər Avrasiyada bərabər və bölünməz təhlükəsizliyin yeni arxitekturasının formalaşdırılması vəzifəsini müzakirə edəcək və 14 sənəd, o cümlədən yekun bəyannamə və Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş birgə bəyanat imzalayacaqlar.

Mehman Mehdiyev
Xəbəri paylaş