
Türkiyənin paytaxtı Ankara şəhərində zəncirvari qəza baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Ankaranın Keçiören rayonunda bələdiyyə avtobusunun iştirakı ilə baş verən zəncirvari qəza nəticəsində 20 nəfər xəsarət alıb.
İlkin məlumata görə, Gülhanə Təhsil və Araşdırma Xəstəxanası yaxınlığında hərəkət edən EGO avtobusu hələ məlum olmayan səbəbdən qarşısındakı yüngül ticari avtomobilə çırpılıb. Avtomobil isə öz növbəsində idarəetməni itirərək qarşıdakı iki avtomobillə toqquşub.
Hadisə yerinə təcili yardım maşınları göndərilib, yaralılar müalicə olunmaq üçün xəstəxanalara aparılıb.
Anar Əliyev