
ABŞ prezidenti D. Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri memorandum imzalayacaq. Burada Minsk qrupunun buraxılması haqqında bənd ola bilər. Vaşinqton görüşü sülh müqaviləsi istiqamətində mühüm prosesdir. Artıq, ikitərəfli danışıqlar müstəvisində davam edən proses kuliminasiya nöqtəsinə yaxınlaşır. Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalar Cənubi Qafqazda Rusiyanın mövqeyini kifayət qədər zəiflədəcək.
ABŞ regiona ayrı-ayrı dövlətlər şəkilində deyil, Cənubi Qafqaz kontekstdən yanaşır. Ona görə də regionda ümumi təhlükəsizliyin təmini üçün sülh müqaviləsinin bağlanmasına çalışır. Bununla da Cənubi Qafqaz və Xəzər regionunda öz siyasi və iqtisadi maraqlarını inkişaf etdirməklə yanaşı, Rusiyanın artan aqressiyasını neytrallaşdıracaq. ABŞ kifayət qədər beynəlxalq müstəvidə aktivləşib.
Azərbaycan və Ermənistan arasında Ağ Evdə ciddi siyasi sənəd imzalanması, Rusiya -Ukrayna müharibəsində atəşkəsin əldə edilməsinə müsbət təsir edəcək. Xüsusilə, ABŞ-ın Rusiyaya təzyiqləri daha da artacaq.
Məhəmməd Əsədullazadə, politoloq