Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

27 sentyabr-Qürur və ehtiram günü

27 sentyabr-Qürur və ehtiram günü


"27 sentyabr şanlı tariximizdə fundamental dönüş nöqtəsidir. Bu tarix, otuz ilə yaxın davam edən ədalətsizliyin, beynəlxalq hüququn iflic olmuş mexanizmlərinin və xalqımızın qəlbindəki yurd həsrətinin real gücə, milli iradəyə çevrilərək haqsızlığa son qoyduğu andır. Biz bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyərkən, təkcə keçmişin kədərini deyil, həm də ucaltdığımız qalib dövlətin böyük məsuliyyətini və qürurunu yaşayırıq".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı İlham Məmmədov deyib. O bildirib ki, Azərbaycanın qazandığı bu tarixi Zəfər təsadüfi bir hərbi uğur deyil:

"Bu qələbə, qüdrətli dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə onilliklər ərzində səbirlə, uzaqgörənliklə və sarsılmaz bir qətiyyətlə qurulan çoxşaxəli dövlətçilik strategiyasının məntiqi nəticəsidir. Ölkə Prezidentininin həm beynəlxalq diplomatik platformalarda nümayiş etdirdiyi dəmir iradə, həm də daxili sabitliyi monolit bir gücə çevirmək məharəti bizi bu möhtəşəm nəticəyə daşıdı. Bu dahi sərkərdəlik fəlsəfəsi, onun memarı olduğu rəşadətli Azərbaycan Ordusunun sarsılmaz rəşadəti ilə birləşərək, regionun və dünyanın hərb tarixinə yeni bir cəsarət, yeni bir peşəkarlıq standartı yazdı".

Millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibəsi, hər günü əsgər və zabitlərimizin misilsiz şücaəti ilə zəngin olan, müasir hərb tarixinə qızıl hərflərlə yazılmış və bütöv bir millətin iradəsini əks etdirən əsl dillərə dastan bir qəhrəmanlıq salnaməsidir:

"Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olaraq, müharibənin başladığı 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi qeyd olunur. Bu müqəddəs gün Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" imzaladığı rəsmi Sərəncamla elan edilmişdir.

Canını vətən naminə sipər edən əsgər və zabitlərimiz liderimizin strateji gedişlərini meydanda reallığa çevirərək milli ləyaqətimizi əbədi olaraq bərpa etdilər.
Biz qanunverici hakimiyyətin nümayəndələri və vətəndaşlar olaraq dərk etməliyik ki, şəhidlərimizin qanı bahasına azad edilmiş o torpaqlar indi bizim üçün ən ali əmanətdir. Dövlətimizin başçısının rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda aparılan sürətli quruculuq işləri, şəhər və kəndlərimizin yenidən salınması, məcburi köçkünlərin öz ata-baba yurduna geri qayıtması düşünürəm ki, həmin müqəddəs ruhlara verdiyimiz ən böyük dəyərdir".

Süleyman
Xəbəri paylaş