
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin sentyabrın 22-də dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair "Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirmişdir.
Qeyd etmək istərdim ki, bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün olduqca böyük əhəmiyyət daşıyır. Ölkəmizin enerji sahəsində əldə etdiyi nəticələr, qazlaşma səviyyəsinin yüksək olması və böyük həcmdə təbii qaz ixrac etməsi iqtisadi potensialımızın göstəricilərindəndir. Əsas məqsəd isə mövcud imkanlardan səmərəli istifadə etməklə ölkə iqtisadiyyatına real fayda verən mexanizmləri tətbiq etmək və qeyri-neft sektorunun davamlı inkişafını təmin etməkdir".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Fariz İmamverdiyev deyib. O bildirib ki, müşavirədə çıxışı zamanı ölkə başçısı Müşavirədə çıxışı zamanı ölkə başçısı dağ-mədən sənayesinin inkişafında Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Prezident İlham Əliyev yatağın Avropanın ən perspektivli yataqlarından biri olduğunu qeyd edərək, onun istismara hazırlanması istiqamətində “AzerGold” tərəfindən aparılan işlərin sürətləndirilməsinin vacibliyini diqqətə çatdırıb:
"Eyni zamanda, texniki-iqtisadi əsaslandırmanın hazırlanması və yekun investisiya qərarının qəbul edilməsinin zəruriliyini bildirərək, gələcəkdə yatağın istismarı prosesində xarici investorların da cəlb olunmasının mümkünlüyünü qeyd edib.
Beləliklə bu müşavirənin keçirilməsi dağ-mədən və metallurgiya sənayesinin inkişafı baxımından qarşıya yeni vəzifələr qoymaqla yanaşı, ölkənin zəngin təbii sərvətlərindən daha səmərəli istifadə üçün geniş imkanlar yaradacaq. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər yeni istehsal sahələrinin formalaşmasına, investisiyaların cəlb edilməsinə, məşğulluğun artırılmasına və yerli iqtisadi imkanların genişləndirilməsinə şərait yaradacaqdır".
Anar












































