Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib


“Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində atılan daha bir strateji xarakterli addımdır. Müasir dövrdə ənənəvi neft marşrutları, enerji daşıyıcı, nəqliyyat xətlərinin risklər altında olması ölkələri qeyri-neft sektorunun daha da inkişaf etidirilməsi istiqamətində zəruri addımlar atmaq məcburiyyətində qoyur. Bu mənada Azərbaycanda dağ-mədən və metasllurgiya sənayesinin inkişaf etdirilməsi, bununla bağlı Dövlət Proqramının hazırlanıb təsdiq olunmasını zamanında atılmış addım kimi də dəyərləndirmək olar”.

Bunları Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili qeyd edib ki, Azərbaycanda sözügedən sahənin inkişaf etdirilməsi üçün kifayət qədər ehtiyyatlar və potensial var. Deputat qeyd edib ki, Daşkəsəndə filiz yatağı, Balakəndə “Filizçay” polimetal yatağı, “Zəylik”, “Ortakənd”, “Söyüdlü”, Kəlbəcərdəki zəngin təbii ehtiyatlar yataqlarını bu sıraya aid etmək olar:

“Öncəliklə onu qeyd etmək lazımdır ki, dağ-mədən və metallurgiya sənayesinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu ilk növbədə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, təbii ehtiyatlardan səmərəli istifadə və sənaye potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu həm də Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun rolunun genişləndirilməsi məqsədinə xidmət edir. Dövlət Proqramı çərçivəsində görülən işlər nəticəsində ölkədə faydalı qazıntıların hasilatı və emalı genişləndiriləcək, sənaye istehsalında əlavə dəyər artırılacaq, iqtisadiyyat xammal ixracından daha çox emal və istehsal zəncirinə yönəldiləcək və yeni investisiya, sənaye əməkdaşlığı imkanları formalaşdırılacaq”.

Millət vəkili qeyd edib ki, dağ-mədən və metallurgiya sənayesinin inkişaf etdirilməsi öz növbəsində regionların sosial-iqtisadi inkişafına da təsirsiz ötüşməyəcək:

“Bu bir reallıqdır ki, dağ-mədən müəssisələri fəaliyyət göstərdikləri regionlarda iqtisadi fəallığın artmasına təsir göstərə bilər. Yeni istehsal layihələri birbaşa məşğulluqla yanaşı, nəqliyyat, xidmət və təchizat sahələrində də iqtisadi imkanlar yaradacaq”.

İlham Məmmədov diqqətə çatdırıb ki, Dövlət Proqramı çərçivəsində diqqət çəkən istiqamətlərdən biri qara metallurgiyadır. O bildirib ki, “Daşkəsən” layihəsi üzrə ildə 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalı gücünün yaradılması nəzərdə tutulur:

“Layihənin gələcəkdə polad istehsalı üçün xammal bazasının formalaşdırılmasına və ixrac imkanlarının genişləndirilməsinə xidmət etməsi planlaşdırılır. Dövlət Proqramının digər mühüm istiqamətini əlvan metallar təşkil edir. “Filizçay” polimetal yatağında mis, sink və qurğuşun ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi imkanlarının qiymətləndirilməsi nəzərdə tutulur. Bundan başqa, “Dəmirli” yatağında təxminən 470 min ton əlavə mis ehtiyatının istifadə potensialının araşdırılması planlaşdırılır. Bütün bunlar Azərbaycan üçün ixrac məhsullarının çeşidinin genişləndirilməsi baxımından da əhəmiyyətlidir”.

Süleyman
Xəbəri paylaş