Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın metal filizləri və metallurgiya sektorunda yeni mərhələ

Azərbaycanın metal filizləri və metallurgiya sektorunda yeni mərhələ



"Prezident Cənab İlham Əliyevin sentyabrın 22-də “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” ilə bağlı keçirilən müşavirədə səsləndirdiyi fikirlər ölkənin iqtisadi gündəmində mühüm yer tutur.

Qeyd etmək lazımdır ki, müşavirə zamanı qarşıya qoyulan proqram dörd il ərzində dağ-mədən və metallurgiya sahəsinin inkişafı üçün konkret hədəfləri, investisiya istiqamətlərini və yeni istehsal imkanlarını müəyyənləşdirir. Bu strategiyanın kökündə əsaslı bir dəyişiklik dayanır: mədənçiliyə artıq sadəcə qazma və xammal daşıyan sahə kimi baxılmır. Əsas məqsəd filizin çıxarılmasından tutmuş onun təmizlənməsinə, emal edilməsinə və nəticədə rəflərə çıxarılacaq tam hazır məhsula çevrilməsinə qədər bütöv bir istehsal halqası yaratmaqdır".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Seymur Novruzov deyib. O bildirib ki, bu cür əhatəli yanaşma təbii sərvətlərimizdən daha ağıllı və faydalı şəkildə yararlanmağa, yeni istehsal sahələrinin açılmasına və ixrac potensialımızın güclənməsinə birbaşa yol açır:

"Başqa sözlə desək, əsas hədəf sadəcə torpağın altındakı sərvəti çölə çıxarmaq yox, onu daxildə emal edərək ölkə üçün qat-qat artıq qazanc və dəyər əldə etməkdir.
Nəticə etibarıilə dövlət başçısının səsləndirdiyi fikirlər də bu istiqamətin ölkəmiz üçün nə qədər strateji əhəmiyyət daşıdığını bir daha açıq şəkildə nümayiş etdirdi. Ölkə rəhbərinin vurğuladığı kimi, bu sahənin hərtərəfli inkişafı qarşıdakı illərdə milli iqtisadiyyatımızın güclənməsinə, qeyri-neft sektorunun şaxələnməsinə və ümumi daxili məhsulun artımına əhəmiyyətli töhfə verəcək. Məhz bu cür uzaqgörən siyasət və vaxtında qəbul edilən qərarlar gələcəkdə iqtisadi dayanıqlığın təmin edilməsinin və dayanıqlı inkişafın əsas təminatına çevrilir".

Anar
Xəbəri paylaş