Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səfir Rəşad Məmmədov Qazaxıstan səfirliyini ziyarət edib

Səfir Rəşad Məmmədov Qazaxıstan səfirliyini ziyarət edib


Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Qazaxıstanın Özbəkistandakı səfirliyini ziyarət edib.

Newscenter.az xəbər verir ki, səfir Rəşad Məmmədov Qazaxıstanın Manqistau vilayətində, Xəzər dənizi sahilində keçirilən hərbi təlimlər zamanı baş vermiş faciə ilə əlaqədar Qazaxıstan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinə başsağlığı verib. Rəşad Məmmədov səfirlikdə qoyulmuş xatirə kitabına məlum hadisə ilə bağlı ifadələrini yazıb.

Səfir, "Həlak olan hərbi qulluqçuların ailələrinə və yaxınlarına, qardaş Qazaxıstan xalqına və dövlətinə dərin hüznlə başsağlığı verirəm. Bu ağır gündə qardaş Qazaxıstan xalqının kədərini bölüşür, həlak olanlara Allahdan rəhmət diləyirəm",-deyə vurğulayıb.

Qeyd edək ki, Qazaxıstanın Manqistau vilayətində, Xəzər dənizi sahilində keçirilən hərbi təlimlər zamanı baş vermiş faciədə 9 hərbiçi həlak olub.

Süleyman
Xəbəri paylaş