
Türkiyənin Bayburt Universitetinin rektoru Mutlu Türkmenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Newscenter.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Odlar Yurdu Universitetində olub.

Bayburt Universitetinin rektoru Mutlu Türkmenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə millət vəkili, professor Samir Vəliyev və Odlar Yurdu Universitetinin nümayəndə heyəti iştirak edib. Görüş zamanı qarşılıqlı tələbə mübadiləsi, elmi-tədqiqat sahəsində əməkdaşlıq və digər tərəfdaşlıq imkanları müzakirə olunub.
Sonda Türkiyənin Bayburt Universiteti ilə Odlar Yurdu Universiteti arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
Süleyman