Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“İnsan alveri ilə mübarizə insan hüquqlarının müdafiəsidir “ adlı İctimai maarifləndirmə tədbiri keçirilib

“İnsan alveri ilə mübarizə insan hüquqlarının müdafiəsidir “ adlı İctimai maarifləndirmə tədbiri keçirilib


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi nin maliyyə dəstəyi ilə Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nin Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzində “İnsan alveri ilə mübarizə insan hüquqlarının müdafiəsidir “ İctimai maarifləndirmə kampaniyasının təşkili adlı təlim keçirildi.

Newscenter.az xəbər verir ki, təlimi giriş sözü ilə Sabirabad rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktorunun səlahiyyətlərini icra edən Şamama Əbilova açdı. Şamama xanım bildirdi ki, belə təlimlərin vətəndaşlar arasında keçirilməsinə ehtiyac var. Təlimin gedişatına uğurlar arzuladı.

Daha sonra Sabirabad rayon İcra Hakimiyyətinin nümayəndəsi çıxış etdi.

Sonra layihənin rəhbəri Fariz Əkbərov bildirdi ki, layihənin məqsədi insan alverinə qarşı mübarizədə ictimaiyyətin rolunu artırmaq, potensial qurbanları xəbərdar etmək, gəncləri maarifləndirmək, qanunvericillyin tələblərini izah etmək, eləcə də, qurbanlara hüquqi və psixoloji yardımç göstərməkdir.

Layihədə insan alverinin qarşısının alınması üçün hüquqi müdafiə və institusional mexanizmlərlə əlaqədar icmalarda maarifləndirmə işi aparmaqla zorakılıq hallarını azaltmaq, icmanın, müvafiq dövlət orqanlarının, məsul vəzifəli şəxslərin, hüquq-mühafizə orqanlarının erkən aşkarlama və müdaxilə bacarıqlarını gücləndirməkdir.
Sonra təlimçi Vəkillər Kollegiyasının üzvü vəkil Namiq Həşimov insan alverinin qarşısının alınması məqsədi ilə müvafiq sosial təbəqələr üzrə maarifləndirmə və təbliğat işinin təşkil edilməsi təmin olunur, insan alveri qurbanlarını gözləyən təhlükə, təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırdı.

Təlimdə 30 nəfər vətəndaş iştirak etdi. İnsan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə işi aparıldı.

Təlim maraqlı diskusiya və müzakirə formasında başa çatdı.

Süleyman
Xəbəri paylaş