
Ermənistan Baş naziri N. Paşinyan Avrasiya İttifaqının toplantısına qatılmayıb. Bunu Başa nazirin məzuniyyətdə olduğu kimi əsaslandırılsa da, siyasi proseslər isə, Avrasiya İttifaqından çıxmağa hədəflənib. Çünki, Avrasiya İttifaqında qalmaq Ermənistan üçün siyasi çətinliklər yaratması gözlənilir. Məhz Rusiya ittifaq çərçivəsində Ermənistanla iqtisadi əlaqələrə görə Kreml təzyiq mexanizminini işə salacaq.
ABŞ -da Azərbaycanla sülh prosesinə keçilməsi, Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığın əldə edilməsi, həmçinin üçtərəfli Bəyannamə Ermənistan üçün yeni bir siyasi mərhələnin başlanğıcıdır.
Artıq Ermənistanın Rusiyanın iqtisadi təsirinin zəiflətmək üçün Türkiyə ilə sərhədlərin açılması açılması yaxın aylarda reallaşa bilər. Bununla Ermənistan Türkiyə vasitəsilə Avropa İttifaqı ilə iqtisadi əlaqələrini quracaq. Türkiyə Ermənistan iqtisadiyyatına investisiya yatıracaq.
Ona görə də N. Paşinyan ölkəsini iqtisadi əlaqələrini Rusiya ilə deyil, Türkiyə və Avropa ilə inkişaf etdirməyi hədəfləyir. Bu da ölkəsinin müstəqilliyi deməkdir. N. Paşinyan seçkilərdə qələbə əldə edərsə, KTMT və Avrasiya İttifaqından çıxa bilər.
Məhəmməd Əsədullazadə, politoloq