Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda Aİ-nin müşahidə missiyası fəaliyyətini davam etdirəcək

Ermənistanda Aİ-nin müşahidə missiyası fəaliyyətini davam etdirəcək


Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası (EUMA) fəaliyyətini davam etdirəcək, onun mandatında mümkün dəyişikliklər isə İrəvan və Brüssel arasında müzakirə olunacaq.

Newscenter.az-ın xəbərinə görə. bu barədə “Report”un Avropa bürosuna Aİ-nin xarici siyasət üzrə rəsmi nümayəndəsi Anita Hipper bildirib.

"Missiyanın səlahiyyətlərinə Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfindən yerlərdəki vəziyyəti müşahidə edərək məlumat vermək daxildir", - Aİ nümayəndəsi bildirib.

O qeyd edib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayıb və tərəfləri onu tezliklə imzalamağa və ratifikasiya etməyə çağırıb.
Xəbəri paylaş